Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

29 dekabr 2020-ci il saat 12:00-dək:

Beyləqan rayonunda ümumi sahəsi 24 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan 27 ton ot bağlamasının 3 tonu yanıb...

29 dekabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nəsimi və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.

29 dekabr 2020-ci il saat 08:30-dək:

Şəmkir rayonu ərazisində “Scania” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan dərman preparatları yanıb.

28 dekabr 2020-ci il saat 22:45-dək:

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

28 dekabr 2020-ci il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Könüllü kəndi ərazisində “ВАЗ” markalı minik avtomobili və “Mercedes” markalı yanacaqdaşıyan avtomobili toqquşub.

28 dekabr 2020-ci il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

28 dekabr 2020-ci il saat 20:15-dək:

Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 132 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və digər otağının tavanı 60 m² sahədə yanıb.

28 dekabr 2020-ci il saat 19:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

28 dekabr 2020-ci il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

28 dekabr 2020-ci il saat 13:15-dək:

Şəmkir rayonunun Qapanlı kəndində ferma ərazisində ümumi sahəsi 36 m² olan yaşayış üçün istifadə olunan tikilinin qamışdan ibarət tavanı yanıb.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr