01 sentyabr 2017-ci il saat 17:00-dək:
Qəbələ rayonu ərazisində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.