Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəzası baş vermişdir.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olmuşdur.
Bakı şəhəri, Nizami rayonunda “Daewoo” markalı avtobusunun mühərrikində elektrik naqilləri yanmışdır. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.
Cəlilabad rayonu, Şükürlü kəndində ümumi sahəsi 135 m2 olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 40 ton ot bağlamasının 20 tonu yanmışdır.
Ağcabədi rayonu, Aşağı Avşar kəndində 2 ton ot bağlamasının 600 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.