Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 iyul 2016-cı il saat 17:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tikintisi başa çatmamış tövlənin damına vurulmuş taxta atmalar yanmışdır.

14 iyul 2016-cı il saat 15:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur.

14 iyul 2016-cı il saat 06:30-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Qoşa kəndində vətəndaşa məxsus ailəvi-istirahət mərkəzində ümumi sahəsi 75 kv.m olan taxta konstruksiyalardan 4 otaqdan ibarət katecin yanar konstruksiyaları 45 kv.m sahədə yanmışdır. Katecin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

14 iyul 2016-cı il saat 05:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və...

14 iyul 2016-cı il saat 05:00-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Qaysa kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və içərisinə yığılmış 14 ton ot bağlamasının 10 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

14 iyul 2016-cı il saat 02:45-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonu, Bizlan kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan tövlənin yanar konstruksiyaları, tövlənin damına yığılmış 10 ton ot bağlamasının 8 tonu və tövlənin içərisinə yığılmış 3 kub taxta yanmışdır...

14 iyul 2016-cı il saat 01:15-dək, ilkin məlumata əsasən:

Saatlı rayonu, Varxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış ümumi çəkisi 8 ton olan ot bağlamasinin 4 tonu yanmışdır...

14 iyul 2016-cı il saat 00:20-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonunda sərhəd zolağı boyunca 50 ha sahədə kol-kos və qamışlıq yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur...

14 iyul 2016-cı il saat 00:00-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonunda sərhəd zolağı boyunca 550 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı ümumi sahəsi 200 kv.m olan inzibati bina yanğından mühafizə olunmuşdur...

13 iyul 2016-cı il saat 22:30-dək, ilkin məlumata əsasən:

Zərdab rayonu, Bəyımlı kəndində vətəndaşa məxsus ərazidə 50 ha quru ot yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr