Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

27 may 2016-cı il saat 17:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

27 may 2016-cı il saat 15:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

27 may 2016-cı il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin intihar məqsədilə üçmərtəbəli fərdi yaşayış evinin pəncərəsinə çıxması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq intihara cəhdin qarşısı alınmış,...

27 may 2016-cı il saat 13:00-dək, ilkin məlumata əsasən

Şəki rayonu, Qoxmuq kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır...

27 may 2016-cı il saat 06:45-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m və mətbəxi 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

27 may 2016-cı il saat 01:15-dək, ilkin məlumata əsasən:

Quba rayonunda vətəndaşa məxsus məxsus "Toyota" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

26 may 2016-cı il saat 23:50-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 71 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 17 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və talvara bitişik ümumi sahəsi 48 kv.m olan taxta konstruksiyalardan ibarət ev yanğından mühafizə...

26 may 2016-cı il saat 23:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına...

26 may 2016-cı il saat 23:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

26 may 2016-cı il saat 19:45-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 18 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr