Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

06 may 2016-cı il saat 20:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan kürsülü, birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin zirzəmisində lambirdən ibarət tavanı 5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

06 may 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, Şiləvar kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 145 kv.m olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır.

06 may 2016-cı il saat 07:45-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Düyərli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları yanmışdır.

06 may 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

05 may 2016-cı il saat 22:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

05 may 2016-cı il saat 20:30-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Murğuzalılı kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot tayasının 2 tonu yanmışdır.

05 may 2016-cı il saat 19:45-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Nəcəfqulubəyli kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2.7 ton ot bağlamasının 300 kq yanmışdır.

05 may 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli inzibati binanın dam örtüyü 2 kv.m sahədə yanmışdır.

05 may 2016-cı il saat 18:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

05 may 2016-cı il saat 15:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr