22 iyul 2014-cü il saat 17:00-dək, ilkin məlumata əsasən:
Lerik rayonu, Piran kəndi (rayon mərkəzindən 35 km aralı) ərazisində 10 ha dağlıq meşə zolağında baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 2 ədəd helekopter, 1 ədəd yanğınsöndürən təyyarə, yanğın texnikası və şəxsi heyət cəlb edilmişdir...