Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

08 iyun 2014-cü il saat 08:15-dək:

Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin yanar konstruksiyaları 70 kv.m sahədə yanmışdır. 

07 iyun 2014-cü il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda on yeddi mərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 16-cı mərtəbədə...

08 iyun 2014-cü il saat 01:30-dək:

Neftçala rayonu, Xol Qarabucaq kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 23 ton ot bağlamasının 12 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 22:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

07 iyun 2014-cü il saat 23:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən...

07 iyun 2014-cü il saat 22:15-dək:

Cəlilabad rayonu, Günəşli kəndində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin və qoşqusunun yanar hissələri və banına yığılmış 9 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən...

07 iyun 2014-cü il saat 18:40-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:50-də başa çatmışdır.

07 iyun 2014-cü il saat 17:50-dək:

Cəlilabad rayonu, Privolnoye kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 25 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

07 iyun 2014-cü il saat 17:15-dək:

Ağdaş rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36 kv. m olan daş konstruksiyalardan ibarət olan tikilinin içərisinə yığılmış 1,5 ton ot bağlamasının 0,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

07 iyun 2014-cü il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Şamaxı rayonu, Bakı-Qazax yolunun 127-ci kilometrində "MAN" markalı yəhərli-dartıcı yük avtomobili ilə "MERCEDES" markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş vermişdir. Nəticədə "MERCEDES" markalı yük avtomobilinin sahibi...

07 iyun 2014-cü il saat 11:35-dək:

Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2014-cü il tarixində saat 11:05-də episentri Xəzər dənizində olmaqla zəlzələ qeydə alınmışdır. Zəlzələ Bakı şəhərində 3,0 bal gücündə hiss olunmuşdur. İnsan tələfatı və dağıntı olmamışdır.  

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr