Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

08 may 2014-cü il saat 16:30-dək:

Xaçmaz rayonu, Xudat şəhərində "ZİL" markalı yanacaq daşıyan avtomobilin əyləc şlanqı yanmışdır. 

08 may 2014-cü il saat 13:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda inzibati binada yanğın hadisəsi baş vermişdir.

08 may 2014-cü il saat 09:00-dək:

Sumqayıt şəhərində inzibati binanın zirzəmisində 12 kv.m sahədə məişət tullantıları yanmışdır. Yanğın zamanı 1 nəfər əl-üz nahiyyəsində yüngül yanıq xəsarəti almışdır...

08 may 2014-cü il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Qoşaqovağ kəndində Şirvan kanalına “VAZ” markalı minik avtomobilinin düşməsi və içərisində 1 nəfərin olduğu barədə məlumat daxil olmuşdur....

08 may 2014-cü il saat 00:30-dək:

Şamaxı şəhərində inzibati binanın ərazisində ümumi sahəsi 506 kv.m olan birmərtəbəli 17 otaqlı tiklinin (çamaşirxana və qazanxana kimi istifadə olunan) bir otağının qapısı 2 kv.m sahədə yanmış və içərisinə yığılmış köhnə yataq dəstləri qarsalanmışdır.

07 may 2014-cü il saat 22:30-dək:

Ağdam rayonu, Quzanlı qəsəbəsində elektrik şəbəkəsinə məxsus transformatorun sarğıları yanmışdır...

07 may 2014-cü il saat 20:00-dək:

 Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış tikinti materialları 40 kv.m sahədə yanmışdır.

07 may 2014-cü il saat 11:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "Oka" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanmışdır...

07 may 2014-cü il saat 08:30-dək:

Cəlilabad şəhərində ümumi sahəsi 1450 kv.m olan dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində lambirdən ibarət tavanı 140 kv.m sahədə və 1 otağında 3 ədəd kompyuter, 2 ədəd printer və 1 ədəd masa yanmış...

07 may 2014-cü il saat 07:30-dək:

Abşeron rayonu, Goradil qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmış...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr