Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

21 fevral 2014-cü il saat 16:45-dək:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 5 kv.m olan dəmir konstruksiyalardan ibarət ayaqqabı təmiri köşkünün içərisində əşyalar yanmış...

21 fevral 2014-cü il saat 14:30-dək:

Gədəbəy rayonu, Aytala kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmış...

21 fevral 2014-cü il saat 05:00-dək:

Bərdə rayonu, Şirvanlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 52 kv.m sahəhə yanmışdır.

20 fevral 2014-cü il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır.

20 fevral 2014-cü il saat 18:00-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 50 kv.m sahədə və dam örtüyü 10 kv.m sahədə (ümumi 60 kv.m sahədə) yanmışdır.

20 fevral 2014-cü il saat 17:30-dək:

Şəki rayonu, Baş Layısqı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 9 kv.m səhədə və dam örtüyü 2 kv.m sahədə yanmışdır.

20 fevral 2014-cü il saat 14:00-dək:

Qazax rayonu, Daş Salahlı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 225 kv.m sahədə yanmışdır. 

20 fevral 2014-cü il saat 10:00-dək:

Abşeron rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı yük avtomobilinin banı və banına yığılmış avadanlıqlar yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. 

19 fevral 2014-cü il saat 21:55-dək:

Ağstafa rayonu, Çeyrançöl qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan ikiotaqlı evin taxta konstruksiyalardan ibarət dam örtüyü 60 kv.m sahədə yanmışdır.

19 fevral 2014-cü il saat 16:20-dək:

Ağstafa rayonu, Poylu qəsəbəsində, Kür çayın yaxınlığında 15 ha sahədə qamışlıq yanmışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr