10 avqust 2013-cü il saat 16:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:34-də başa çatmışdır...