Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır.
Füzuli rayonu, Zobucuq qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dəhlizin və 1 otağın yanar konstruksiyaları 22 kv.m sahədə yanmışdır.
Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan 4 otaqlı evin mətbəxində 2 kv.m sahədə mətbəx mebeli və 1 ədəd paltaryuyan yanmışdır.
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının divarında 1 kv.m sahədə taxta arakəsmə yanmışdır.
Sabirabad şəhəri Əlicanlı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənndən ibarət evin 1 otağının tavanı 8 kv.m sahədə yanmışdır.
Şəki rayonu, Aşağı Şabalıd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1 ton ot bağlaması yanmış...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda üçmərtəbəli inzibati binanın liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır...