Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

06 dekabr 2013-cü il saat 21:55-dək:

Quba rayonu, Amsar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin 2 otağının yanar konsruksiyaları 54 kv.m sahədə yanmışdır.

06 dekabr 2013-cü il saat 21:10-dək:

Beyləqan rayonu, Eyvazalılar kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır.

06 dekabr 2013-cü il saat 18:25-dək:

Göygöl rayonu, Qızılqaya qəsəbəsində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus fermanın ərazisində 21 ton ot bağlamanın 5 tonu yanmışdır. 

06 dekabr 2013-cü il saat 16:40-dək:

Abşeron rayonu, Pirəkəşkül kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 10 kv.m sahədə yanmışdır.

06 dekabr 2013-cü il saat 10:55-dək:

Biləsuvar rayonu, İsmətli kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan köməkçi tikilinin damına yığılmış 12 ton ot bağlamasının 3 tonu yanmışdır.

06 dekabr 2013-cü il saat 10:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonunda “Mercedes” markalı minik avtomobili dərəyə düşmüşdür.

06 dekabr 2013-cü il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Cağacıq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus "Mitsubishi" markalı minik avtomobili yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. 

06 dekabr 2013-cü il saat 01:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 4-cü...

06 dekabr 2013-cü il saat 00:45-dək:

Abşeron rayonu, Goradil qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 4 otaqlı çörəkbişirmə sexinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 45 kv.m sahədə yanmışdır. 

05 dekabr 2013-cü il saat 22:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr