04 aprel 2014-cü il
Nazirliyin Bakı Regional Mərkəzi paytaxt məktəblərində silsilə maarifləndirmə tədbirlərini davam etdirir. Belə ki, cari ilin 4 aprel tarixində Bakı şəhəri, Xətai rayonu, 29 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.